İsrail ordusu Livandan beş raket atıldığını qeydə aldı
Dünya
09.11.2024 14:50
İsrail ordusu ölkənin şimalına növbəti raket atışlarının qeydə alıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Livandan 5 raket atılıb və bu səbəbdən Yuxarı Qalileyin bir neçə bölgəsində hava hücumu xəbərdarlığı ilə bağlı sirenalar səsləndirilib.
“Raketlərin bəziləri məhv edilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb” ordunun açıqlamasında bildirilib.
tag: İsrail, Livan, Yaxın Şərq, Münaqişə, Dünya, todaypress.az,