İsrail ordusu Livanda 4 hərbçinin öldüyünü açıqladı
Dünya
25.10.2024 01:44
İsrailin dörd hərbçisi Livandakı döyüş
əməliyyatları zamanı həlak olub.
TodayPress xəbər verir ki, bu barədə ordu mətbuat
xidməti məlumat yayıb.
Məlumata görə, onların hamısı “Karmeli” piyada
briqadasında xidmət edib və Livanın cənubunda döyüşdə həlak olublar.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin məlumatına
görə, eyni hadisə nəticəsində onların üç hərbçi yoldaşı yaralanıb və hazırda
xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livandakı
"Hizbullah" qruplaşmasına qarşı “Şimal oxları” əməliyyatına başlayıb
və hərəkatın hərbi obyektlərinə kütləvi zərbələr endirib. Oktyabrın 1-nə keçən
gecə İsrail ordusu Livanın cənubunda sərhədyanı rayonlarda quru əməliyyatının
keçirildiyini elan edib.
tag: Livan, Fələstin, Karmeli, İsrail, todaypress.az,