İsrail ordusu Livan ərazisinə daxil oldu
Dünya
30.09.2024 23:44
İsrail ordusunun anonsunu
verdiyi quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olduğu bildirilir.
TodayPress xəbər verir ki, yerli mətbuat İsrailin zirehli
texnikasının Metula bölgəsində Livanla sərhədi keçdiyini yazıb.
Göründüyü kimi, İsrail ordusu Livanın cənubunda dəfələrlə elan
etdiyi quru əməliyyatlarını başladıb. İsrailin sərhəddə 20 kilometrlik bufer
zona yaratmağı planlaşdırıdığı bildirilir.
Yerli media baş verənləri Üçüncü Livan Müharibəsi adlandırıb.
Hazırda İsrail ordusunun istehkamçıları Livanın cənubunda maneələri aradan
qaldırır.
ABŞ Dövlət Departamentinin
sözçüsü Metyu Miller bildirib ki, İsrail Livanda bir sıra məhdud quru
əməliyyatları barədə ABŞ-ı məlumatlandırıb.
tag: Livan, Metula, İsrail, Müharibə, todaypress.az,