İsrail Ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı
Dünya
27.01.2025 23:34
İsrail Müdafiə Qüvvələri (İMQ) İordan
çayının qərb sahilinin şimalındakı Tulkərm şəhərində antiterror əməliyyatına
başladığını elan edib.
TodayPress əbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Bir müddət əvvəl Yəhudeya və Samariyada (İsrail İordan
çayının qərb sahilini belə adlandırır – red.) terrorla mübarizə tədbirləri
çərçivəsində İMQ və İsrail Sərhəd Polisi Qüvvələri Tulkərimdə antiterror
əməliyyatına başlayıblar”, - məlumatda deyilir.
İsrail ordusu həmçinin Fələstinin radikal HƏMAS
hərəkatının Tulkərmdəki səhra komandiri Əhəd Əbu Ativinin hava zərbəsi
nəticəsində məhv edildiyini açıqlayıb.
“Onun məhv edilməsi İsrail ordusunun Samariyanın
şimalında terror şəbəkələrinə qarşı həyata keçirdiyi intensiv antiterror
əməliyyatlarının bir hissəsidir” məlumatda deyilir.
Qurumdan qeyd edilib ki, Əbu Ativi ilə yanaşı, daha bir
silahlı radikal öldürülüb.
Xatırladaq ki, yanvarın 21-də İsrail ordusunun mətbuat
xidməti İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilinin
şimalındakı Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatına
başladığını bildirmişdi. Əməliyyata “Dəmir divar” adı verilib.
tag: İsrail,HƏMAS,Ordu,Əməliyyat,Todaypress.az,