İsrail ordusu "Hizbullah"ın yüksək rütbəli üzvünü əsir götürdü
Dünya
03.11.2024 16:15
İDF döyüşçüləri (İsrail Müdafiə Qüvvələri) "Hizbullah" qruplaşmasının dəniz qüvvələrinin komandiri İmad Amxazı əsir götürüb.
TodayPress xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat verilib.
Amxaz Şimali Livanda gecə əməliyyatı zamanı İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən əsir götürülüb.
Əməliyyat "Hizbullah"ın dəniz əməliyyatları haqqında məlumat əldə etmək üçün həyata keçirilib.
Mənbənin məlumatına görə, İsrail hərbçiləri qayıqla gəlib və ümumi dəniz sərhədindən 140 kilometr şimalda Livana enib.
Günəş Mərd
tag: Livan,İsrail,Hizbullah,Silah,Əsir,Todaypress.az,