İsrail ordusu “Hizbullah”ın kəşfiyyat komanda mərkəzinə zərbə endirdi
İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı
Beyrutun ətrafında “Hizbullah”ın kəşfiyyat mərkəzinə və silah anbarlarına
zərbələr endirdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat
xidmətinin açıqlamasında deyilir.
“İsrail Hərbi Hava Qüvvələri Beyrutda “Hizbullah”
terrorçularının əsas dayaq nöqtəsi olan Dahiya rayonunda “Hizbullah”ın bir neçə
silah anbarına və kəşfiyyat mərkəzinə zərbələr endirib” qurum diqqətə çatdırıb.
Qeyd olunub ki, zərbədən əvvəl mülki şəxslərə zərərvermə
riskini azaltmaq üçün bu ərazidə əhalinin əvvəlcədən xəbərdar edilməsi də daxil
olmaqla çoxsaylı tədbirlər görülüb.
tag: İsrail, Hizbullah, Livan, Beyrut,todaypress.az,