İsrail ordusu “Hizbullah”ın döyüşçülərini məhv etdi
Dünya
23.10.2024 09:34
İsrail ordusu qurudan və havadan endirdiyi zərbələr nəticəsində 24 saat ərzində Livanın cənubunda “Hizbullah” hərəkatının 70-ə yaxın döyüşçüsünü məhv edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu “Hizbullah”a qarşı məhdud, lokal və hədəfli reydlərin davam etdiyini bildirib.
Bundan əlavə, İsrail hərbçiləri hərəkatın buraxılış qurğuları, minaatanlar, mərmilər və digər texnikanın saxlandığı silah anbarlarını məhv edib.
Günəş Mərd
tag: İsrail, Hizbullah, Hərbçilər, Zərbələr, Livan, todaypress.az,