İsrail ordusu “Hizbullah”a zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri ( IDF ) Livanın iki bölgəsində “Hizbullah” hədəflərinə zərbələr endirdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “IDF”nin teleqram kanalında məlumat verilib.
Qeyd olunub ki, İsrail ordusu "Hizbullah"ın Yarounda və Kfarkeldəki mövqelərini, həmçinin hərbi infrastrukturunu hədəf alıb.
Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.
Günəş Mərd
tag: İsrail, Hizbullah, HƏMAS, Haniyə, Yaxın Şərq, todaypress.az,