İsrail ordusu əməliyyata hazırlaşır: Əhaliyə təxliyə ilə bağlı çağırış edildi
İsrail Müdafiə Ordusu (İDF) Xan Yunisin cənub məhəllələrində qalan əhalinin müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə olunması ilə bağlı çağırış edib.
TodayPress xəbər verir ki, bu barədə İDF-nin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, terror fəaliyyəti və Xan Yunisin cənub bölgəsindən İsrailə raket atışlarının davam etməsi səbəbilə bu ərazidə qalmaq təhlükəlidir, ona görə də mülki əhali evakuasiya edilməlidir.
Məlumatda o da diqqətə çatdırılıb ki, müvəqqəti evakuasiya çağırışları sakinlərə yazılı və səsli mesajlar, telefon zəngləri, ərəb dilində media yayımları vasitəsilə çatdırılır.
tag: İsrail, İDF, Terror, Xan Yunis, Raket, todaypress.az,