İsrail ordusu daha bir HƏMAS komandirini zərərsizləşdirdi
Dünya
25.10.2024 07:11
İsrail Müdafiə Qüvvələri
HƏMAS-ın Nuxba Qüvvələrinin komandirini dünən Qəzza zolağına endirdiyi hava
hücumunda zərərsizləşdirib.
TodayPress xəbər verir ki, HƏMAS-ın Bureyc batalyonunda Nuxba komandiri kimi xidmət etmiş Məhəmməd Əbu Attavi 2022-ci ilin iyul ayından BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyində (UNRWA) işləyib.
Əbu Attavinin ötən ilin oktyabr ayının 7-də İsraildə mülki şəxslərin qətlində və oğurlanmasında iştirak etdiyi bildirilir.
tag: HƏMAS, Livan, Nuxba, Qəzza, todaypress.az,