İsrail ordusu bir qrup silahlı dəstəni zərərsizləşdirdi

Dünya

21.07.2024 14:55

İsrail hərbçiləri Rəfah bölgəsində keçirdiyi əməliyyatlar nəticəsində silahlı dəstəsini məhv edib.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, silahlılardan əlavə atəş üçün hazır vəziyyətə gətirilmiş minaatan qurğuları aşkarlayaraq zərərsizləşdiriblər.

Bundan başqa, qoşunlar Qəzza zolağının mərkəzi hissəsində çoxsaylı hərbi strukturlara reydlər keçirib, nəticədə müxtəlif silah növləri aşkar edilib.

Töhfə Səməd

 

tag: İsrail, Qəzza, HƏMAS,Hizbullah, Hərbi Xidmət, todaypress.az,