İsrail ordusu Beyruta zərbə endirdi
Dünya
20.09.2024 17:29
İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinə zərbə
endirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələri (İDF) məlumat yayıb.
İsrail ordusunun Beyruta endirdiyi aviazərbə nəticəsində
Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alındığı
bildirilir.
Livan mediasının məlumatına görə, aviazərbə
"Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsinə endirilib.
İsrail qüvvələrinin hücumu
F-35-lərlə həyata keçirdiyi qeyd olunub.
tag: İsrail, Livan ,Beyrut ,Zərbə ,Naim Qassemin, Hədəf ,todaypress.az,