İsrail ordusu altı girovun cəsədini qaytardı

Dünya

20.08.2024 12:08

İsrail Müdafiə Qüvvələri HƏMAS qruplaşmasının yaraqlıları tərəfindən əsir götürülən 6 nəfərin cəsədini təhvil alıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat yayıb. 

“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti arasında keçirilən birgə əməliyyat zamanı HƏMAS tərəfindən qaçırılan 6 girovun cəsədi tapılaraq İsrailə gətirilib” deyə rəsmi nümayəndə bildirib. 

O, əlavə edib ki, daha 109 İsrail vətəndaşı əsir saxlanılır. 

Töhfə Səməd

tag: İsrail, Cəsəd, HƏMAS,Girov,İsrail Müdafiə Qüvvələri,todaypress.az,