İsrail ordusu 70 "Hizbullah" üzvünü məhv etdi
Dünya
27.10.2024 16:00
İsrail ordusu bir gündə Livan “Hizbullah” hərəkatının 70-ə yaxın döyüşçünü öldürüb və Dahiya bölgəsindəki infrastruktur obyektlərinə zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin “Telegram”-da bildirilib.
İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında hərəkat terrorçularının əsas qalası olan Dahiya bölgəsində “Hizbullah”a məxsus silah istehsal və texniki xidmət obyektlərinə və silah anbarına dəqiq zərbələr endirib” məlumatda qeyd olunub.
Günəş Mərd
tag: İsrail,Hizbullah,Silah,Hücum,Todaypress.az,