İsrail nümayəndə heyəti Qahirəyə gəldi

Dünya

25.08.2024 15:32

İsrail nümayəndə heyəti  girovları azad etmək üçün danışıqlar aparmaq üçün Qahirəyə gəlib.

TodayPress xəbər verir ki, bu barədə  baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib. 

Danışıqların təfərrüatları barədə məlumat verilmir. 

Qeyd edək ki, avqustun 23-də Fələstin hakimiyyəti İsrail- Həmas danışıqlarında iştirakdan imtina edib.   


Günəş Mərd 

tag: İsrail,danışıqlar,Misir,Qahirə ,HƏMAS,