İsrail müxalifəti höküməti tənqid etdi: “Kifayət deyil”

Dünya

26.10.2024 13:25

İsrail parlamentinin müxalifət lideri Yeş Atid Yair Lapid yəhudi dövlətinin İrana hücumunu tənqid edib. 

TodayPress xəbər verir ki, o, bu barədə öz “X” sosial şəbəkə hesabında yazıb. 

Müxalifət liderinin fikrincə, hücum kifayət qədər güclü olmayıb və İslam Respublikasının strateji və iqtisadi hədəfləri vurulmayıb. 

"İrandakı strateji və iqtisadi hədəflərə hücum etməmək qərarı səhv idi. Biz İrana daha çox zərbə endirə bilərdik və etməliydik. İran şər oxuna rəhbərlik edir və təcavüzünə görə ağır bədəl ödəməlidir" deyə siyasətçi yazıb. 

Töhfə Səməd

tag: İsrail,Yeş Atid Yair Lapid, İran, Hücum, Zərbə, todaypress.az,