İsrail Livanla münaqişəni dayandırdığını AÇIQLADI

Dünya

26.11.2024 23:06

806

İsrail Livanla münaqişəni dayandırdığını elan edib.

 

Todaypress xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, atəşkəs sabah saat 10:00-dan qüvvəyə minəcək.

Qeyd edək ki, Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə 60 günlük keçid müddətini nəzərdə tutan atəşkəs sazişi layihəsi üzrə danışıqlar aparır.


Bu müddət ərzində İsrail Livanın cənubundan qoşunlarını çıxarmalı, Livan qüvvələri isə sərhəd bölgələrinə yerləşdirilməlidir. Danışıqlara əsasən,"Hizbullah” da öz qüvvələrini ərazidən köçürməlidir.


Aynur TAC

tag: İsrail, Münaqişə, Livan, Beyrut, Atəşkəs, todaypress.az,