İsrail Livanın zərbələrinə cavab verdi
İsrail ordusu Livanda onlarla hədəfə zərbə endirib.
TodayPress xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Bu səhər İsrailə atılan raket atəşinə cavab olaraq, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail ordusuna Livandakı hədəflərə qarşı qətiyyətlə hərəkətə keçməyi əmr ediblər” məlumatda bildirilir.
Əlavə edilib ki, Livan hökuməti öz ərazisində baş verən hər şeyə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, bu gün gündüz saatlarında Livan İsrail ordusuna zərbələr endirib.
Türkan İsgəndərli
tag: Livan,İsrail,Müharibə,todaypress.az,