İsrail Livanın cənubunda yanğınsöndürmə məntəqəsinə zərbə endirdi
İsrail Silahlı Qüvvələri Livanın cənubunda, Bint Jbeyl bölgəsində yanğınsöndürmə məntəqəsinə zərbə endirib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 10 xilasedici həlak olub.
Xilasetmə işləri davam edir.
tag: İsrail,Livan,Bint Jbeyl,Hücum,Yanğınsöndürmə məntəqəsi,todaypress.az,