İsrail Livanın cənubuna aviazərbələr endirdi
İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə Livanın cənubunda yerləşən yaşayış məntəqəsinə, Eyt Əş-Şaab şəhərinin kənarına zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, hərbi təyyarələrin zərbəsi nəticəsində hadisə yerində yanğın başlayıb. Livan hökuməti dağıntılar və insan tələfatı barədə məlumat verməyib.
tag: İsrail, Livan, Eyt Əş-Şaab, Dağıntı, Bomba, todaypress.az,