İsrail Livanın cənub bölgələrinə hücum etdi, ölən və yaralananlar var
İsrail Hərbi Hava Qüvvələrinə
məxsus təyyarələr bu gün Livanın cənubunda 7 yaşayış məntəqəsinə aviazərbələr
endirib.
TodayPress “TASS”-a
istinadən xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə
İsrailin hücumları nəticəsində bir mülki şəxs həlak olub altı nəfər isə
yaralanıb. Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Komitəsinin hesabatında
17 yaşlı gəncin həlak olduğu, orta dərəcəli bədən xəsarətləri alan sakinlərin də
xəstəxanaya yerləşdirildiyi bildirilir.
tag: İsrail, Livan, Hücum, Aviazərbə, todaypress.az,