İsrail Livanı bombaladı: Jurnalistlər həlak oldu

Dünya

25.10.2024 10:29

“Al-Mayadeen” kanalı İsrailin Livanın cənubundakı Hasbaya kəndinə endirdiyi hava zərbəsi nəticəsində jurnalistlərin həlak olduğunu təsdiqləyib. 

TodayPress xəbər verir ki, kanalın yaydığı məlumatlara əsasən, ölənlər arasında onun müxbiri, operatoru, həmçinin “Hizbullah”ın nəzarətində olan “Əl-Manar” kanalının fotoqrafı da olub.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, hücumlar nəticəsində son 24 saat ərzində Livanda azı 19 nəfər ölüb. 

Töhfə Səməd

tag: Livan, Hasbaya, Jurnalistlər, Hizbullah, Əl-Cəzirə, todaypress.az,