İsrail Livandakı əməliyyatları dayandırmaq üçün şərtləri açıqladı
İsrail Ağ Evə Livandakı hərbi əməliyyatı dayandırmağa hazır olması ilə bağlı şərtlərini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı məlumat yayıb.
“Keçən həftə İsrail Livanda müharibəyə son qoyacaq və sərhədin hər iki tərəfində didərgin düşmüş mülki şəxslərin öz evlərinə qayıtmasına imkan verəcək diplomatik nizamlanmanın şərtləri ilə bağlı sənədi ABŞ-yə təhvil verib” nəşr yazıb.
Portal qeyd edib ki, İsrailin şərtlərindən biri də “Hizbullah”ın Livanın cənubunda İsrail ilə sərhədə yaxın ərazilərdə öz hərbi infrastrukturunu yenidən silahlandırmamağıdır.
İsrail, həmçinin öz hava qüvvələrinin Livanın hava məkanında sərbəst hərəkət etməsini tələb edib.
Günəş Mərd
tag: İsrail, Livan, Müharibə, Hava Məkanı, todaypress.az,