İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başladı
Dünya
13.11.2024 00:59
İsrail Livanda quru əməliyyatının ikinci
mərhələsinə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə İsrailin
"Maariv" qəzeti ordudakı mənbələrə istinadən məlumat yayıb.
“Livanın cənubunda quru əməliyyatının ikinci mərhələsi
başlayıb, əməliyyatın məqsədi “Hizbullah”ın raket silahlarını məhv etmək,
həmçinin terror təşkilatına əlavə təzyiq göstərməkdir”, - deyə məlumatda
bildirilir.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri təkcə Livanın
cənubunda deyil, Beyrut və Bekaa vadisində də əməliyyat aparır, hərəkatın silah
anbarlarını məhv edir.
Ümumilikdə, son bir ay ərzində “Hizbullah”ın İsrail
ərazisinə 90-a yaxın PUA buraxdığı və onların əksəriyyətinin ələ keçirildiyi
vurğulanır.
Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda
“Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan
bombalamağa davam edir.
tag: Maariv, İsrail, Livan , Müharibə, todaypress.az,