İsrail Livanda islamçı komandiri öldürdü

Dünya

22.04.2025 12:50

3

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Beyrutun cənubunda “İraq İslam Müqaviməti Hərəkatı” döyüşçülərini daşıyan avtomobilə hücum edib.   

TodayPress xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb. 

Bildirilib ki, hücum Damur şəhəri ərazisində edilib, nəticədə Quvat əl-Fəcr bölmələrinin səhra komandirlərindən biri Hüseyn Attavi öldürülüb. 

Qeyd edək ki, bu birləşmələr “Hizbullah” milislərinin müttəfiqi olan “Əl-Cəmaə əl-İslamiyyə” təşkilatının silahlı qanadıdır.   

Töhfə Səməd

tag: İsrail,Livan,Zərbə,Ölüm,Todaypress.az,