İsrail Livanda atəşkəs üçün ilkin razılıq verdi
İsrail Livanda atəşkəsə şərti olaraq razılıq verib və ABŞ ilə birgə təklifin əsas prinsiplərini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə "Ynet" yazıb.
Təklif üç mərhələdən ibarətdir.
1. Atəşkəsdən sonra "Hizbullah" Litani çayının şimalındakı qüvvələrini geri çəkəcək;
2. İsrail qoşunları Livanın cənubundan çıxarılacaq;
3. İsrail və Livan arasında mübahisəli sərhəd bölgələrinin demarkasiyasına dair danışıqlar başlayacaq. Atəşkəs rejiminə nəzarət ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq quruma həvalə olunacaq.
Eyni zamanda İsrail Livan ordusu və beynəlxalq qüvvələrin heç bir tədbir görməməsinə baxmayaraq, "Hizbullah" atəşkəs şərtlərini pozarsa, Vaşinqtondan hərbi əməliyyatlara başlamaq hüququnu təsdiq edən məktub gözləyəcək.
Günəş Mərd
tag: İsrail, Livan, Atəş, Sərhəd, Hizbullah, todaypress.az,