İsrail Livana xəbərdarlıq etdi
İsrailin xarici işlər naziri
İsrael Kats silahlı radikalların Litani çayının o tayındakı sərhəd zonasından
geri çəkilməməsi halında Livanla sərhəddə “Hizbullah” hərəkatına qarşı döyüşlərin
güclənəcəyi barədə xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu
barədə o, “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Livanla
daha böyük münaqişənin olacağı ehtimalı yüksəkdir:
“Biz “sükut müqabilində
susmaq” düsturunu (Livanla sərhəd bölgəsində - red.) qəbul etməyəcəyik.
Şimaldan təxliyə edilmiş 70 minə yaxın insanımız var və biz onları geri qaytara
bilmirik”.
O, yenidən “Hizbullah”dan sərhəddən
uzaqlaşmasını tələb edib.
Nazir həmçinin bildirib ki, Qəzza zolağında mümkün atəşkəs sazişinin bağlanması bütün regionda gərginliyin azaldılmasına kömək edə bilər.
tag: İsrail, Livan, Qəzza, Hizbullah, todaypress.az,