İsrail Livan və Suriya sərhədinə hava zərbələri endirdi

Dünya

26.09.2024 15:54

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a silah ötürmək məqsədi daşıdığı iddia edilən Suriya və Livan sərhədindəki infrastrukturu hədəfə alıb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, İsrail hərbçiləri “Hizbullah”ın Suriya ərazisindən Livana silah keçirmək cəhdlərinə qarşı zərbələr endirməyə davam edəcək.

Töhfə Səməd

tag: İsrail ,Hizbullah, Suriya ,Livan ,Zərbə, todaypress.az,