İsrail Livan və Suriya arasındakı sərhəd keçid məntəqəsinə hücum etdi
Dünya
15.10.2024 06:33
İsrail Hərbi Hava
Qüvvələrinin qırıcıları Livanın şimalındakı Hermel bölgəsində sərhəd keçid
məntəqəsinə zərbələr endiriblər.
TodayPress xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası məlumat verib.
Məlumata görə, təyyarələr Cermaş kəndi yaxınlığındakı
nəzarət-buraxılış məntəqəsindən Suriyaya gedən yola hücum edib.
Oktyabrın 14-də sərhəddə yerləşən əl-Ayn şəhərində humanitar
yardım daşıyan karvan Livanın şimal-şərqindəki Baalbek şəhərinə gedərkən havadan
atəşə tutulub. Sürücülərdən biri xəsarət alıb.
Livanın Kənd Təsərrüfatı Naziri vəzifəsini icra edən Abbas
əl-Hac Həsən hesab edir ki, İsrailin sərhəd-keçid məntəqələrinə və humanitar
karvanlara aviazərbələr endirməsi elan olunmamış blokada kimi qiymətləndirilməlidir.
tag: Təyyarə, Cermaş, İsrail, Livan, todaypress.az,