İsrail Livan-Suriya sərhədindəki tunelə hücum etdi
Dünya
04.10.2024 17:15
İsrail Hərbi Hava Qüvvələri Livan-Suriya sərhədində 3,5 kilometr uzunluğunda tunelə hücum edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında məlumat yayıb.
“Oktyabrın 3-də İsrail Müdafiə Qüvvələrinin Livana silah qaçaqmalçılığının qarşısını almaq səylərinin bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livan sərhədindən Suriyaya gedən yeraltı tunelə zərbələr endirib”.
İsrail ordusunun məlumatına görə, tunel yeraltı silahların daşınması və saxlanması üçün istifadə edilib.
Bundan əlavə, İsrail Suriya və Livan arasındakı sərhəd-keçid məntəqəsinə bitişik infrastruktura da hücum edib.
Töhfə Səməd
tag: İsrail ,Livan ,Tunel, Hücum ,todaypress.az,