İsrail-Livan qarşıdurması: ölənlər var

Dünya

22.03.2025 16:30

1844

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Yuxarı Qalileyanın Metula şəhərinə atılan raketlərə cavab olaraq Livanın cənubundakı məskunlaşma məntəqələrinə bir sıra zərbələr endirib. 

TodayPress respublikanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hava zərbələri nəticəsində dinc sakinlər arasında itkilər var.

"Tulin və Vadi Huceyr bölgəsinə edilən hücumlarda yaralanan sakinlərin sayı dəqiqləşdirilir və zərərçəkənlərə yardım göstərilir" idarənin açıqlamasında bildirilir.

"Janoubia" xəbər portalının məlumatına görə, İsrail aviasiyası "Hizbullah"ın bazası olduğu Cəbəl-Cəbbur və İqlim əl-Tuffah dağlıq ərazilərinə də hücum edib.

Töhfə Səməd 

tag: İsrail ,Hərbi Hava Qüvvələri,Qırıcı təyyarə,Yuxarı Qalileya,Livan,todaypress.az,