İsrail "İslami Cihad"ın hərbi kəşfiyyatçısını məhv etdiyini açıqladı

Dünya

04.11.2024 11:47

943

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına endirdiyi zərbələr zamanı "İslami Cihad" qruplaşmasının hərbi kəşfiyyatının əməkdaşı Əhməd Əd-Dalanı öldürüb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Əd-Dala 2023-cü il oktyabrın 7-də İsrailə və Kibbutz Kfar Azaya hücumda iştirak edib. "Onunla birlikdə daha bir terrorçu da məhv edilib" deyə idarədən əlavə edilib.

Töhfə Səməd

tag: İsrail, Qəzza, Zərbələr, Hücum, Terror, todaypress.az,