İsrail İranın nüvə obyektlərinə hücumunu nəzərdən keçirir?
Dünya
02.10.2024 10:10
“İsrailin qarşısında duran əsas məsələ İrana hücum edib-etməmək deyil, hücuma cavabın nə qədər güclü olması idi”.
TodayPress “The New York Times”a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış istefada olan general-mayor Yakov Amidror deyib.
“Biz hətta İranın nüvə obyektlərinə hücum ehtimalını da nəzərdən keçirməliyik” deyə general təklif irəli sürüb.
Amidror həmçinin qeyd edib ki, İsrailin Livanın şiə “Hizbullah” qruplaşmasına vurduğu ziyan İrandan gələn təhlükəni azaldıb.
Günəş Mərd
tag: İsrail ,İran ,Hücum ,Baş Nazir ,Benyamin Netanyahu ,Yakov Amidror, todaypress.az,