İsrail İranın nüvə obyektlərinə hücumlar üçün hazırlaşır

Dünya

13.12.2024 02:12

2039

İsrail İranın nüvə obyektlərinə hücumlar üçün hazırlaşmağa başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, İrana zərbə vurma fürsətinin İsrail ordusunun Suriyaya uğurlu hücumlarından sonra açıldığı  iddia edilib.

Bildirilib ki, hazırda ölkənin hərbi strukturları Tehranla bağlı mümkün fəaliyyət variantlarını koordinasiya edir.

Hərbçilərin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemi hazırda 80 faizdən çox məhv edilib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin bütün qonşuları ilə sülhə can atdığını və onların arasında azad İran görmək istədiyini vurğulamışdı.

Aynur TAC

tag: İsrail, İran, Hücum, Zərbə, Tehran, Benyamin, todaypress.az,