İsrail İranın hücumunun mümkün vaxtını açıqladı
Dünya
01.11.2024 03:23
İsrail kəşfiyyatı İranın yaxın günlərdə İraqdan İsrailə
hücum etməyə hazırlaşdığını bəyan edib.
TodayPress bu barədə “Axios”
portalı mənbələrinə
istinadən xəbər verir.
Nəşrin fikrincə, ABŞ -da prezident seçkiləri öncəsi
hücum cəhdi edilə bilər . Eyni zamanda amerikalı mənbə qeyd edib ki, Vaşinqton
müvafiq qərarın Tehran tərəfindən verilib-verilmədiyini bilmir.
Bundan əvvəl “CNN” telekanalı mənbələrə istinadən xəbər
vermişdi ki, İranın İsrailin son zərbəsinə cavabı ABŞ-da noyabrın 5-də keçiriləcək
prezident seçkilərindən əvvəl verilə bilər.
Telekanalın məlumatına görə, bu, İranın İsrailin
hücumunun ciddiliyini azaltmaq kimi ilkin strategiyasından əl çəkdiyini göstərir.
Aynur TAC
tag: Axios, İran,İsrail, Hücum, Vaşinqton, ABŞ, todaypress.az,