İsrail İranın bütün strateji müdafiə vasitələrini məhv etdiyini açıqladı

Dünya

28.10.2024 13:10

“İsrailin oktyabrın 26-da İrana endirdiyi zərbə İslam Respublikasının bütün strateji müdafiə potensialını məhv etdi”. 

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun “Qalei İDF” radiosu məlumat yayıb.

“Faktiki olaraq, İranda yalnız yerli istehsal olan qısa mənzilli hava hücumundan müdafiə sistemləri qalıb” deyə radiostansiya İsrail ordusundakı mənbələrə istinadən bildirib. 

Bu hesablamalara görə, əsas zərər Tehran və İranın qərbindəki müdafiə sistemlərinə dəyib. İsrail ordusu hesab edir ki, İran yaxın iki-üç il ərzində yer-hava raketləri üçün strateji potensialını itirib.

Bundan başqa, İsrailin endirdiyi zərbə İranın raket istehsal imkanlarına ziyan vurub. Hazırda, qeyd olunan versiyaya görə, respublikada 2 min uzaqmənzilli ballistik raket var və artıq İran tərəfi silahlara qənaət etmək məcburiyyətində qalacaq. 

Ordunun radiosu xəbər verir ki, zərbələr zamanı İran PUA-larının istehsalına zərər dəyməyib.

Töhfə Səməd

tag: İsrail, İran, Raket, Tehran, Qərb, todaypress.az,