İsrail İrana hücumun nəticələri barədə Pentaqona məlumat verdi

Dünya

27.10.2024 18:00

İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostinə telefonla İranın hərbi obyektlərinə hücumun nəticələri barədə məlumat verib.

TodayPress "RİA" istinadən xəbər verir ki,  bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

“Müdafiə naziri Yoav Qalant gecə ərzində ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə danışıb. Qallant İranın son aylarda İsrailə hücumlarına cavab olaraq İsrail ordusunun İrandakı hərbi hədəflərinə endirdiyi  zərbələri haqqında Ostinə məlumat verib.  Qalant həmçinin raket istehsalı obyektlərinə, yerdən havaya raket sistemlərinə və digər hədəflərə zərbələrin müvəffəqiyyəti ilə bağlı ilkin qiymətləndirmələri müzakirə edib"  deyə bəyanatda qeyd olunub. 

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail oktyabrın 1-də baş verən kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar elan edib.

Günəş Mərd 

tag: İsrail,İran,Hücum,Raket,Todaypress.az,