İsrail İordaniya ilə bütün sərhəd keçidlərini bağladı
Dünya
08.09.2024 17:00
İsrail İordaniya ilə olan üç sərhəd
keçidini növbəti xəbərdarlığa qədər bağladığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə
İsrail Hava Limanları İdarəsi məlumat yayıb.
Bildirilib ki, sərhədin bağlanması
barədə qərar sentyabrın 8-də Allenbi körpüsündə 3 israillinin ölümü ilə nəticələnən
terror aktından sonra verilib.
İlkin məlumatlara əsasən, atəş açan
şəxs İordaniyadan gələn yük avtomobilinin sürücüsü olub.
Töhfə
Səməd
tag: İsrail,İordaniya,Terror,Sərhəd,Bağlanıb,todaypress.az,