İsrail hökuməti cəbhədəkilərə çağırış etdi

Dünya

23.09.2024 13:15

“İsrail ordusu Livandakı hücumlarının dərinliyini artırdıqca, ön cəbhədəki israillilər qarşıdakı günlərdə dözümlülük və nizam-intizam nümayiş etdirməli olacaqlar”. 

TodayPress xəbər verir ki, bunu ölkənin müdafiə naziri Yoav Qalant arxa cəbhənin döyüş əməliyyatlarının genişləndirilməsinə hazırlığına dair iclasda deyib.

"Biz Livanda hücumlarımızı gücləndiririk və şimallıları sağ-salamat evlərinə qaytarmaq məqsədimizə çatana qədər Livana hücumu davam etdirəcəyik. İctimaiyyətin özünə nəzarət nümayiş etdirməli olacağı günlər hələ qarşıdadır” deyə o, bildirib.

Töhfə Səməd

tag: Livan, İsrail ,Hücumlar ,Yoav Qalant ,Baş Nazir ,todaypress.az,