İsrail "Hizbullah"ın yaraqlılarını zərərsizləşdirdi

Dünya

20.10.2024 16:35

2494

İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah” təşkilatının 65-dən çox yaraqlısını məhv ediblər.

TodayPress xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib və “Hizbullah”ın 65-dən çox terrorçunu məhv edib, eyni zamanda “Hizbullah”ın onlarla terror hədəfini, o cümlədən İsrailin mülki vətəndaşlarına yönəlmiş mövqeləri, atəş qurğularını və terror infrastrukturu obyektləri vurub" məlumatda bildirilir.

tag: İsrail,Hizbullah,Ordu,Hücum ,Terrorçu,Todaypress.az,