İsrail “Hizbullah”ın reaktiv yaylım atəşi sistemlərinə hücum etdi

Dünya

08.10.2024 17:40

İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın silahlı qüvvələrinin İsrail ərazisini bombalamaq üçün istifadə etdiyi bir neçə reaktiv yaylım atəşi qurğusuna hücum edib. 

TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr bir neçə saat əvvəl Hayfa və İsrailin şimalındakı qonşu şəhərlərdə kütləvi atəşə tutulan qurğulara endirilib.

Bundan əvvəl İsrail ordusu xəbər vermişdi ki, oktyabrın 8-i səhər saatlarında Livan ərazisindən müvafiq istiqamətdə 100-dən çox mərmi atılıb.

Töhfə Səməd

tag: İsrail ,Livan, Hizbullah ,Silah, Hayfa ,todaypress.az,