İsrail "Hizbullah"ın obyektlərinə zərbələr endirdi

Dünya

29.09.2024 11:00

İsrailin Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində Livanda "Hizbullah" radikal hərəkatının onlarla obyektinə zərbələr endirib.

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ordu "Hizbullah"ın obyektlərinə, o cümlədən İsraili hədəfə alan buraxılış qurğularına, silah anbarlarına və digər terror infrastrukturuna zərbələr endirib.   

Qeyd olunub ki, İsrail hərbçiləri son bir gündə Livan boyunca “Hizbullah”ın yüzlərlə terror obyektini vurublar.   

tag: İsrail,Hizbullah,Hücum,Hərbçi,Todaypress.az,