İsrail "Hizbullah"ın komandirini zərərsizləşdirdi
Dünya
26.09.2024 18:55
İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı Beyrutun cənubuna zərbə endirib.
TodayPress xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində "Hizbullah"ın komandiri Əbu Saleh kimi tanınan Məhəmməd Hüseyn Srur məhv edilib.
Telekanalın məlumatına görə, İsrailin hava hücumu nəticəsində daha iki "Hizbullah" döyüşçüsü həlak olub, 4-ü yaralanıb.
Qeyd edilib ki, İsrail qırıcısı çoxmərtəbəli binaya üç zərbə endirib.
Töhfə Səməd
tag: İsrail ,Beyrut, Ordu ,Baş Qərargah, Hizbullah ,F-35,Əbu Saleh,Məhəmməd Hüseyn Srur,todaypress.az,