İsrail Hizbullahın itkilərini açıqladı

Dünya

19.10.2024 08:53

938

 İsrailin Livandakı əməliyyatı nəticəsində Hizbullahın itkiləri təxminən 1500 nəfərə çatıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Baş Qərargah rəisi Herzi Halevi bildirib.

"Biz təxmin edirik ki, 1500-ə yaxın Hizbullah əməliyyatçısı məhv edilib və biz ehtiyatlı hesablamalar edirik, güman edirəm ki, daha çox var və biz bir çox zərbələrdən xəbərsizik"  o vurğulayıb.

İsrail “Şimal oxları” əməliyyatına başladığı 23 sentyabrdan bəri Livandakı Hizbullah hərbi obyektlərinə kütləvi hava zərbələri endirir. İsrailin elan etdiyi məqsəd, on minlərlə yerli sakinin öz evlərinə qayıtması üçün ölkənin şimal bölgələrində təhlükəsiz şərait yaratmaqdır.

Hizbullah lideri Həsən Nəsrullahın sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürüldüyü bildirilir. Oktyabrın 1-də səhər saatlarında İsrail Livanın sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

Rəsmi məlumatlara görə, İsrailin Livanın cənubunda quru əməliyyatı zamanı itkiləri 15 əsgərdir.

Aynur TAC

tag: İsrail, Hizbullah, İtki, Əsgər, Şimal Oxları, Livan, todaypress.az,