İsrail "Hizbullah"ın iki səhra komandirini məhv etdi
Dünya
03.11.2024 11:15
İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində "Hizbullah"ın iki səhra komandirini məhv edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, "Hizbullah" komandiri Faruk Əmin Alasi İsrailin hava hücumu nəticəsində öldürülüb. Hərəkatının "Radvan" xüsusi təyinatlılar hissəsinin komandiri Yusef Əhməd Nun da məhv edilib.
Ordunun mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin əsgərləri Livanın cənubunda əməliyyatları davam etdirir.
Günəş Mərd
tag: İsrail,Hizbullah,Komandir,Ölüm,Əməliyyat,Todaypress.az,