İsrail “Hizbullah”ın iki əsas komandirini öldürdü
Dünya
10.10.2024 12:40
İsrail ordusu Livanda “Hizbullah”ın iki əsas komandirini öldürüb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvəlləri məlumat yayıb. Bildirilib ki, İsrail hava zərbələri nəticəsində Livanın cənubunda iki “Hizbullah” komandiri - Əhməd Mustafa Əlhaj Əli və Məhəmməd Əli Həmədanı öldürülüb.
Məlumata görə, onlar İsrail ərazilərinə çoxsaylı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olan “Hizbullah” komandirləridir.
Bundan əlavə İsrail ordusunun ötən gecə Livanın cənubunda və Beyrutda silah anbarlarına zərbələr endirdiyi qeyd olunub.
O da bildirilib ki, Beyrutdakı zərbələrdən əvvəl mülki şəxslərə dəyən zərəri məhdudlaşdırmaq üçün müxtəlif addımlar atılıb, təxliyə üçün əvvəlcədən xəbərdarlıq edilib.
tag: İsrail,Hizbullah,Komondir,Ölüm,Todaypress.az,