İsrail "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirdi

Dünya

16.08.2024 09:25

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

TodayPress xəbər verir ki, bu barədə IDF-nin teleqram kanalında məlumat verilib. 

“Gecə Hərbi Hava Qüvvələrinin qırıcıları "Hizbullah" terror təşkilatının Qila kəndindəki hərbi bazalarına zərbələr endirib” deyə məlumatda bildirilib.

Qeyd olunub ki, bundan əlavə, İsrail hərbçiləri ölkənin cənubundakı hədəflərə də artilleriya zərbələri endirib.

Günəş Mərd

tag: İsrail, Hərbi Hava Qüvvələri, Hərbçilər, Hizbullah, Qila, todaypress.az,