İsrail “Hizbullah”ın hədəflərinə zərbələr endirdi
Dünya
06.07.2024 13:38
İsrail ordusunun hərbi hava qüvvələri Livanın cənubunda “Hizbullah”ın bir neçə hədəfinə zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Livanın cənubundakı bir sıra “Hizbullah” hədəflərinə, o cümlədən Kfarkeldəki hərbi struktura, Bint-Cebyl və Yarin rayonlarında infrastruktura zərbələr endirilib.
tag: İsrail, Hizbullah, Zərbələr, Hava Qüvvələri, Livan, todaypress.az,