İsrail “Hizbullah”ın 200 hədəfinə hücum etdi
Dünya
14.10.2024 14:23
İsrail aviasiyası bir gündə Livanda “Hizbullah” hərəkatının hədəflərinə 200 zərbə endirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
Zərbələrin hədəfləri raket qurğuları, tank əleyhinə raketlərin buraxılması üçün mövqelər, silah və sursat anbarları olub.
Livanın cənubunda məhdud, lokallaşdırılmış, məqsədyönlü reydlərin davam edəcəyi də bildirilib.
Günəş Mərd
tag: İsrail ,Hizbullah, Hərakat ,Tank, Raketlər ,todaypress.az,