İsrail "Hizbullah"a zərbə endirəcəyi ilə bağlı ABŞ-ni xəbərdar etdi
Dünya
25.08.2024 09:56
İsrail “Hizbullah”a zərbə endirəcəyi barədə əvvəlcədən ABŞ-ni xəbərdar edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Qeyd olunub ki, bu, Livan hərəkatından gözlənilən hücum xəbərləri aldıqdan sonra baş verib.
Bildirilib ki, İsrail öz ərazisinə gözlənilən hücumla bağlı kəşfiyyat məlumatı alıb. Bundan sonra Təl-Əviv ABŞ-yə qabaqlayıcı zərbə endirmək istəyi barədə xəbərdarlıq edib.
“İsrail “Hizbullah”a qarşı təkbaşına, lakin ABŞ ilə tam koordinasiyada hərəkət edir” deyə məlumatda qeyd deyilir.
Günəş Mərd
tag: İsrail,Hizbullah, todaypress.az,ABŞ,hücum,